Azərbaycanın növbəti «tender çempionu» - TENDERLƏRDƏN 40 MİLYON MANAT UDUB
Azərbaycanda dövlət tenderlərinin daha bir aktiv iştirakçısı «Azəri Med» MMC-dir.
FED.az xəbər verir ki, sözü gedən şirkət 2021-ci ildə 40 milyon manata yaxın tender qazanıb və bu proses 2022-ci ilin ilk günlərində də davam edib.
Şirkət dərman preparatları və tibbi məhsullar üzrə ixtisaslaşıb.
Ötən il «Azəri Med»in ən böyük tenderi Milli Onkologiya Mərkəzindən gəlib – 23,6 milyon manat. Ümumiyyətlə Milli Onkologiya Mərkəzi «Azəri Med»in daimi alıcılarındandır – təkcə 2021-ci ildə qurum bu şirkətdən 28 milyon manatdan artıq mal və xidmət alıb.
«Azəri Med» QSC 2004-cü ildə yaradılıb, hüquqi ünvanı Baki Şəhəri Nərimanov Rayonu, Asif Məmmədov, Ev 30 F-də yerləşir. Nizamnamə kapitalı 10 min manatdır, qanuni təmsilçisi isə Rəhimli Famil Vəli oğludur.