“MİDA” MMC Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 4,5 hektar torpaq sahəsində çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə bağlı 3 tender elan edib.
"MİDA" 2 milyon vergi borcu olan şirkətə 4 milyonluq - SİFARİŞ VERDİ
FED.az xəbər verir ki, birinci tender çərçivəsində 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, həmçinin 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 42 179 408,58 AZN təşkil edir. Təkliflərin qəbulu 23 oktyabr 2025-ci il saat 15:00-da başa çatacaq və həmin gün zərflər açılacaq. İştirak haqqı isə 6 327 AZN müəyyən edilib.
İkinci tender 5 nömrəli 12 mərtəbəli, həmçinin 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini əhatə edir. Tenderin ehtimal olunan dəyəri 27 349 902,47 AZN-dir. Təkliflərin son təqdim edilmə tarixi 21 oktyabr 2025-ci il saat 15:00-dır. İştirak haqqı 4 102 AZN təşkil edir.
Üçüncü tender isə 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının, həmçinin 14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının tikintisini nəzərdə tutur. Bu tenderin ehtimal olunan dəyəri isə 36 311 571,28 AZN təşkil edir. Təkliflərin qəbulu 17 oktyabr 2025-ci il saat 15:00-da yekunlaşacaq. İştirak haqqı 5 447 AZN müəyyən olunub.
Ümumilikdə, “MİDA” MMC-nin Abşeronun Saray qəsəbəsi ilə bağlı elan etdiyi 3 tenderin dəqiq dəyəri 105 840 882,33 manat təşkil edir.
Tenderlərlə bağlı təchizatçılarla əlaqə saxlanılması üçün məsul şəxs “MİDA” MMC-nin sektor müdiri Vüqar Təyyar oğlu Əliyevdir (əlaqə telefonu: +994 12 594 54 01 (daxili 239), e-mail: [email protected]).