İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əməkdaşların könüllü tibbi sığortalanması üçün kotirovka sorğusu elan edib.
Eləcə də bax: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tenderin qaliblərini - AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 2-si, saat 17:30-a qədər Fondun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 310-23-02 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.