İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələri üçün spesifik dərman vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: Dövlət qurumu böyük həcmdə - DƏRMAN ALIR – TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, vahid dövlət satınalmaları portalında verilən məlumata görə, tenderin qalibləri “Referans Pharmaceuticals”, “Esam LTD” və “Yurd Pharma” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 1 192,9 min manat, 568,3 min manat və 647,3 min manat, ümumilikdə isə 2 408,5 min manat ödəniləcək.