Sahibkarlığın İnkişafı Fondu “2022-ci il üzrə maliyyə hesabatlarının kənar auditi xidmətlərinin satnalınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” MMC olub. Şirkətlə 47 min 200 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Dövlət Məşğulluq Agentliyin 66 min 080 manat məbləğindəki “Agentliyin 2021-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması” tenderini (23.06.2022) qazanıb.