Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti “Bakı şəhəri və Yevlax rayonunda məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Uluxanlı 1” MMC olub. Şirkətlə 234 min 961 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də qurumun 299 min 888 manat məbləğindəki “Sumqayıt şəhəri, Qaradağ, Abşeron, Ağdam, Füzuli, Bərdə, Goranboy, Şabran rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri.” ilə bağlı tenderini (10.11.2022) qazanıb.