Sahibkarlığın İnkişafı Fondu auit xidməti ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tender elanı “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması” və “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması” Qaydalarına əsasən həyata keçirilmiş mexanizmlərin icrasının Qaydalara uyğunluğunun auditi ilə bağlıdır.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Müsabiqənin başlama tarixi və vaxtı: 13.03.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 10.04.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.04.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 19.04.2023 17:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Müqaviləyə əsasən
Çatdırılma yeri - Bakı şəhəri, Abbas Mirzə Şərifzadə küçəsi 172
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - müqavilə imzalandığı gündən 3 ay müddətinədək
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Turan Talıbov, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: +994123102301