İnnovasiyalar Mərkəzi "2022-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun auditinin həyata keçirilməsi xidməti" adlı kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, "Azəruçot" MMC qalib seçilib.
Qalib şirkətə 8 000 manat ödəniləcək.
Xatırladaq ki, "Azəruçot" MMC daha öncə "Azəryanladşaft" ASC-nin 4000 manat dəyərindəki "2021-ci il Maliyyə Hesabatlarinin Beynəlxalq Audit standartlarina uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satin alinması kotirovka sorğusunun da qalibi olub (25.07.2022).