"Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" "Sağlam məhəllə” layihəsi çərçivəsində 16 rayonda açıq meydançaların tikintisi və avadanlıqlarla təchizatı işlərinin satın alınması üçün keçirdiyi tenderin nəticələrini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "SAHİL İNŞAAT 2020" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə 1 319 663 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 1 474 055 manat təşkil edirdi.











