Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Publik Hüquqi Şəxsi “Sağlam məhəllə” layihəsi çərçivəsində 16 rayonda açıq meydançaların tikintisi və avadanlıqlarla təchizatı işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
FED.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 1 milyon 474 min 54 manat 56 qəpik təşkil edir.
Müsabiqənin dərc tarixi: 12 noyabr 2025-ci il
Təkliflərin son təqdim olunma tarixi: 10 dekabr 2025-ci il, saat 16:00
Zərflərin açılış vaxtı: 10 dekabr 2025-ci il, saat 16:00
İştirak haqqı: 600 manat
İstifadə haqqı: 25 manat
Satınalmanı həyata keçirən təşkilatda əlaqələndirici şəxs — Aparıcı mühəndis Azər Abbaslıdır (əlaqə: [email protected], tel.: +994 50 299 74 33).
İddiaçılar təkliflərini 10 dekabr 2025-ci il tarixinədək satınalan təşkilatın qeyd etdiyi ünvana təqdim edə bilərlər.













