Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA”MMC Füzuli şəhərində yaşayış kompleksinin tikintisinin vertikal planlaşdırılmasına 680 min manatdan artıq vəsait yönəldəcək.
FED.az xəbər verir ki, MİDA “RİCON” MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin məbləği 680 min 430 manatdır.
Füzuli şəhərində yaşayış kompleksinin sahəsi 8,9 hektar təşkil edəcək. Vertkal planlaşdırma üzrə işlərin icra müddəti – müqavilə imzalandıqdan sonra iki ay təşkil edir. (Marja)