Siyəzən Suvarma Sistemləri İdarəsi növbəti tenderin nəticələrini elan edib.
- “Ricon” MMC 1 milyonluq – TENDERİN QALİBİ OLDU
- İl yarıma 17 milyon manatlıq dövlət sifarişi – «RİCON» ŞİRKƏTİ HANSI TENDERLƏRİ UDUR – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, müqavilədə torpaq məcralı Yenikənd (PK 32+14÷PK 48+54, L=1,64 km) kanalının beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərinin satın alınması işləri nəzərdə tutulur.
Bunun üçün "Ricon" MMC (VÖEN: 1900014631) şirkətinə 151 497 manat ödəniləcək.
"Ricon" MMC daha öncə "ADA"Universiteti ilə 9 342 558 manat dəyərindəki "“ADA” Universitetinin ərazisində "Cənub Kampusu" layihəsi çərçivəsində yeni tədris binalarının (F və G binaları) ümumtikinti işləri”nin satın alınması tender müqaviləsi imzalayıb (01.05.2023).