Respublika Dövlət Elmi Tibb Kitabxanası 2025-ci ilin may ayında elan etdiyi beş tenderi ləğv edib.
AMB-nin 1 milyona yaxın dəyəri olan tenderi bu səbəbdən - LƏĞV OLUNDU
FED.az xəbər verir ki, hər tenderin ehtimal olunan qiyməti fərqli olub: maşın və avadanlıqların satın alınması üçün 2.000 AZN, mətbəə xərclərinin satın alınması üçün 3.000 AZN, istehlakyönlü müxtəlif xidmətlərin satın alınması üçün 4.000 AZN, sair torpaq, tikili və avadanlıqların satın alınması üçün 3.000 AZN, həmçinin dəftərxana və təsərrüfat mallarının alınması üçün 5.000 AZN məbləğindədir.
Müsabiqələrin elan tarixi 31 may 2025-ci il, təkliflərin qəbulunun son günü və zərflərin açılış tarixi isə 27 iyun 2025-ci il olaraq müəyyən olunmuşdu.
Ləğv edilmə səbəbi iştirakçıların sayı qanunvericilikdə tələb olunan minimumdan az olmasıdır. "Dövlət Satınalmaları haqqında" qanunun 36.1.1-ci maddəsinə əsasən, müsabiqədə təklif verən təchizatçıların sayı qanunla müəyyən olunmuş üç nəfərdən az olduğuna görə prosedur dayandırılıb.
Gələcəkdə ehtiyacların ödənilməsi üçün yeni tenderlərin elan ediləcəyi gözlənilir.