"İnnova" İnnovativ Reklamçılıq Şirkəti MMC (VÖEN – 1702314011) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti 2025-ci ilin maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun audit baxışının və auditinin keçirilməsi xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 6 136 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 13 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 12 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Aytən Allahverdiyeva - Aparıcı mütəxəssis
[email protected]
+994 12 505 44 00 (5050)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 13 mart 2026-cı il tarixinə qədər Bakı şəhəri, Səbail r-nu, Nizami küç. Ev 96E ünvanına təqdim edə bilərlər.











