Füzuli Rayon İcra Hakimiyyəti yolların əsaslı təmiri üçün açıq tender elan edir.
Şahdağ Turizm Mərkəzi tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar Lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı LOT üzrə 1000 (bir min) manat
Füzuli Rayon İcra Hakimiyyəti
Hesab: AZ50CTRE00000000000002514431
VÖEN: 7500087981
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab:
AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. BİK CTREAZ22
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
-Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (Tender təklifinin qüvvədə olduğu müddətdən azı 30 (otuz) bank günü çox olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
-İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-Əsas şərtlər toplusunda qeyd olunmuş müvafiq sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar Tender ilə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 22 sentyabr 2021-ci il saat 11:00-a qədər və tender təklifi və bank təminatı sənədlərini 30 sentyabr 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 01 oktyabr 2021-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.