Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti dövlət büdcəsi hesabına AZS 884:2020 EN 14683:2014 standartlı tibbi maskaların satın alınması məqsədilə açıq tender elan edir.
ANAMA tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, Dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- iddiaçıların tələb olunan AZS 884:2020 EN 14683:2014 standartları əsasında üçqatlı tibbi maskalar üçün təqdim etdikləri qiymət təklifi;
- ixtisas göstəriciləri əsasında - peşəkarlığı;
- çatdırılma şərtləri və müddətinə görə.
Müqavilənin şərtlərini yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara sahib olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 50 (əlli) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
H/h- AZ53AİİB33010019444805754148
VÖEN- 4700664781
Bank- “Kapital Bank”ASC-nin Qusar filialı
Kod- 200480
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AİİBAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır;
-təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günündən çox olmalıdır;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid icra vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-iddiaçının Azərbaycan Respublikasında müvafiq fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyanın və müvafiq sahə üzrə fəaliyyətinin həyata keçirilməsinə icazəsi.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 20 sentyabr 2021-ci il saat 18.53-ə, tender təklifi ilə bank təminatı göstəricilərinə aid sənədləri isə 29 sentyabr 2021-ci il saat 18.53-ə qədər Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 30 sentyabr 2021- ci il saat 18.53-də açılacaqdır. İddiaçılar açılışın nəticələrilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə tanış ola bilərlər.
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.