Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxsi "Dərman və tibbi təyinatlı vasitələrin satınalınması" üzrə tenderi yekunlaşdırıb.
Eləcə də bax: Səhiyyə Nazirliyi 4 milyon manatlıq vaksin aldı - TENDER
FED.az xəbər verir ki, qalib şirkət "Zeytun Pharmaceuticals" MMC-dir.
İnnovasiya və Təchizat Mərkəzi qalib şirkət ilə məbləği 10 milyon 380 min 176 manat olan müqavilə imzalayıb. Dərman və tibbi təyinatlı vasitələr müalicə-profilaktika müəssisələrinin təminatı üçün alınıb.
2014-cü ildə fəaliyyətə başlayan “Zeytun Pharmaceuticals” şirkəti əczaçılıq məhsullarının Azərbaycana idxalı və satışı ilə məşğul olur. (Marja)