Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən informasiya-kommunikasiya texnologiyaları bazasının gücləndirilməsi və fəaliyyətinin davamlılığının təmin olunması üçün əsas, əlavə (sərfiyyat) və köməkçi elektron avadanlıqların alınması, montajı və sair işlərin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Unitech" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 1 milyon 711 min 142 manat təşkil edir. Ehtimal olunan qiymət isə 1 milyon 877 min 46 manat 65 qəpik idi.
Qeyd edək ki, "Unitech" MMC dövlət qurumlarının İKT sahəsindəki satınalmalarında fəal iştirak edir. Şirkətin qalib gəldiyi digər tenderlər aşağıdakılardır:
Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən iş stansiyalarının təchizatı, mövcud infrastruktur üçün komplektləşdirici hissələrin və çap avadanlıqlarının satın alınması üzrə tenderin qalibi olub. Müqavilənin dəyəri 649 min 690 manat təşkil edib (27.12.2024).
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu tərəfindən maşın və avadanlıqların satın alınması üzrə tenderdə qalib gəlib. Müqavilənin dəyəri 287 min 854 manat olub (20.10.2020).
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən İKT avadanlıqlarının satın alınması üzrə tenderin qalibi olub. Müqavilənin dəyəri 259 min 62 manat təşkil edib (18.09.2019).











