"Təhsil İnstitutu" təlimlərin keçilməsi ilə bağlı bir neçə satınalmanı yekunlaşdırıb.
FED.az xəbər verir ki, qaliblər müxtəlif şirkətlər olub.
Belə ki, qurum “İbtidai sinif müəllimlərinin riyaziyyat fənni üzrə təkmilləşdirilməsi sahəsində təlimlərin keçirilməsi işlərini “Alqoritmika.Azərbaycan” MMC-yə (VÖEN: 1702264681) həvalə edib. Qalib şirkətlə 600 min 325 manat məbləğində müqavilə imzalanıb.
“Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” (VÖEN: 1402405651) ilə iki satınalma müqaviləsi bağlanıb. Müasir metodik xidmətin təşkili üzrə metodistlər üçün ixtisasartırma təlimlərinin keçirilməsi üçün 864 min manat, İnkluziv təhsilin təşkili istiqamətində ixtisasartırma təlimi üçün 43 min manat ödəniləcək.
Qurum “Peşəkar Təlim və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi” MMC-yə (VÖEN: 1802977201) 4 satınalma müqaviləsi imzalayıb. Bu şirkətə lisey və gimnaziyalara qəbul prosesinin təşkili və keçirilməsi üçün 230 min 690 manat, ümumi təhsil müəssisələrində metodist hazırlığı üzrə ixtisasartırma təlimlərinin keçirilməsi üçün 270 min manat, istedadlı şagirdlərlə işin təşkili üzrə ixtisasartırma təlimlərinin keçirilməsi üçün 36 min manat, məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin keçirilməsi üçün 350 min manat ödəniləcək.
Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üzrə ixtisasartırma təlimləri işləri “Savad Mərkəzi” MMC-yə (VÖEN: 2007464941) həvalə olunub. Qalib şirkətlə 216 min manat məbləğində müqavilə imzalanıb.
Təlim prosesində texnologiyalardan effektiv istifadə üzrə ixtisasartırma təlimi "Azərbaycan Müəllim İnkişaf Mərkəzi" MMC-yə (VÖEN: 1701829171) həvalə olunub. Qalib şirkətlə 36 min manatlıq müqavilə imzalanıb.
Bundan başqa “Təhsildə Araşdırma və İnkişaf Mərkəzi” MMC (VÖEN:1504376641) 72 min manata Ümumi təhsil müəssisələrində öyrənmə mühitinin təşkili üzrə ixtisasartırma təlimlərini, “Psixologiya Elmi-Tədqiqat İnstitutu” MMC (VÖEN:1504164801) 90 min manata Şagirdlərin sosial emosional sağlamlığı və təhlükəsizliyinin təşkilinə müasir yanaşmalar üzrə ixtisasartırma təlimlərinin keçirilməsini təşkil edəcək.
Bütün satınalmalar bir mənbədən satınalma metodu ilə həyata keçirilib və ümumi dəyəri 2 milyon 808 min 15 manat təşkil edib.