"SOCAR Green" MMC 3 ədəd açıq tender elan edir.
Təhsil müəssisəsi İT avadanlıqları alır – TENDER ELANI
FED.az xəbər verir ki, elan edilmiş tenderlər kompüter və digər İT avadanlıqlarının satın alınması, dizayn, layihələndirmə və tikinti işlərinə nəzarət xidmətlərinin satın alınması və avtomobil icarəsi xidmətlərinin satın alınması ilə bağlıdır.
Müsabiqələrin başlama tarixi 11 iyul 2024-cü il. Təchizatçılar tərəfindən imzalanmış və möhür ilə təsdiq edilmiş təkliflər möhürlənmiş qapalı zərfdə təqdim edilməsi üçün son tarix 25 iyul 2024-cü il saat 18:00. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin çatdırılma ünvanı: Bakı şəhəri, Heydər Əliyev prospekti 121, SOCAR Tower.
Müsabiqədə iştirak haqqı nəzərdə tutulmayıb. Zərflərin açılışı vaxtı və yeri barədə məlumat müsabiqədə iştirak edəcək təchizatçılara veriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən təchizatçılar əlaqələndirici şəxs olan Leyla İsmayılovaya (Əlaqə telefonu: (012) 521 00 00 (daxili 27800), (055) 452 00 99) "[email protected]" mail ünvanı vasitəsilə müraciət edərək müsabiqə barəsində ətraflı məlumat və müsabiqədə iştirak etmək üçün zəruri əlavə sənədləri əldə edə bilərlər.