Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı Və Təmiri Xidmətinin Müəssisəsi “Yaşıllıq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün subartezian quyularının qazılması və bu məqsədlə malların, işlərin və xidmətlərin satınalınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi “R.V. Yol İnşaat” MMC olub. Şirkətlə 494 min 984.98 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Neftçala Rayon İcra Hakimiyyətinin 469 min 413.53 manat məbləğində “Neftçala rayonu avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması” tenderinin qalibi seçilib (06.12.2022).