Azerbaijan International Telecom (Azintelecom) QSC “AzInTelecom" MMC-nin tələbatına əsasən "Hökumət buludu layihəsi çərçivəsində mövcud virtual infrastruktur üçün əlavə lisenziyalar və dəstək xidmətlərinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi “İnnovativ Layihələr Mərkəzi” QSC olub. Şirkətlə 817 min 184.03 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də qurumun 1 milyon 055 min 989.6 manat məbləğində “AzIntelecom" MMC-nin təlabatına əsasən "Hökümət buludu layihəsi çərçivəsində mövcüd CİSCO şəbəkə avadanlıqları üçün dəstək və lisenziyaların satın alınması” tenderinin qalibi seçilib (05.11.2022).