“Regional Su Meliorasiya Xidməti” Publik Hüquqi Şəxsi (VÖEN – 1700121811) bir neçə istiqamət üzrə satınalma həyata keçirmək məqsədilə açıq müsabiqələr elan edib.
FED.az xəbər verir ki, elanlar aşağıdakı xidmət və işlərin satın alınmasını əhatə edir:
Cəlilabad şəhərində yerləşən 5 ədəd kanalizasiya nasos stansiyalarının istismarının bərpası işləri
Modul tipli sutəmizləyici qurğuların su mənbələri üzrə tələb olunan mal-materialların satın alınması
Sutəmizləyici qurğularda təmiri zəruri olan dalğıc tipli nasos aqreqatlarının təmiri işləri
Bu satınalmaların ümumi ehtimal olunan qiymətləri aşağıdakı kimidir:
352 min 200 manat 50 qəpik – Cəlilabad şəhərində yerləşən nasos stansiyalarının bərpası
559 min 851 manat – Sutəmizləyici qurğular üçün tələb olunan mal-materiallar
196 min 606 manat 29 qəpik – Dalğıc tipli nasos aqreqatlarının təmiri xidmətləri
Müsabiqələr 18 noyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin təqdim olunması və zərflərin açılışı bütün müsabiqələr üzrə 10 dekabr 2025-ci il, saat 18:00-da həyata keçiriləcək.
Hər bir müsabiqə üzrə iştirak haqqı müvafiq olaraq:
350 manat
450 manat
250 manat
İstifadə haqqı isə 25 manat müəyyən edilib. Qeyd olunur ki, təchizatçıların sayı üçdən az olduğu hallar istisna olmaqla, iştirak və istifadə haqları geri qaytarılmır.
Satınalmalarda əlaqələndirici şəxs – Elşad Fərəcov, şöbə müdirinin müavini – sektor müdiri
E-poçt: [email protected]
Telefon: +994 12 377 07 70 (601)
İddiaçılar təkliflərini 10 dekabr 2025-ci il, saat 18:00-a qədər satınalan təşkilatın ünvanına təqdim edə bilərlər.











