"Azərsu" ASC-nin "Sutikinti Müəssisəsi" "Nəqliyyat mexanizimlərinin xidməti işlərinin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "Rapid Services Azerbaijan" MMC (VÖEN: 1702395221) şirkəti olub.
Qalib şirkətə 642 769 manat ödəniləcək.
"Rapid Srvices Azerbaijan" MMC daha öncə də "Azərsu"dan, "Bakı Metroplliteni"ndən və Samur-Abşeron Kanalının İstismarı İdarəsindən 2 tender udub.