"Azərbaycan Dəmir Yolları" QSC “Polad S” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Şirvan Kommersiya Məhkəməsində baxılır. İddia hakim Elşən Abdullayevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "Polad-S" MMC 14.03.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Nəsirağa Əmənov Yahya oğludur. Hüquqi ünvanı Az4435 Masallı Rayonu, Təzəkənd ünvanında yerləşir