Naxçıvan Muxtar Respublikasında dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub.
Baş nazirin müavini: «İndiyədək Naxçıvanda «tender» anlayışı mövcud olmamışdı» - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə “Dövlət satınalmaları haqqında” Azərbaycanın yeni Qanununun tətbiqi ilə bağlı tədbirdə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Onun sözlərinə görə, bir sıra qurumlarda komplektləşdirmələr tam yekunlaşdırılmayıb.
"Əvvəlki idarəetmə sistemi üzrə ortaya çıxan nöqsanlar icra məsələlərində müəyyən problemlərə səbəb olur. Xüsusilə, dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkar olunub. Dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi bu istiqamətdə ortaya çıxan problemlərin həllində, şəffaflıq prinsipinin təmin olunmasında və sözügedən sosial-iqtisadi inkişaf proqramının icrasında çox faydalıdır”, - F. Nəcəfli qeyd edib. (Report)