Azərbaycan Mədəniyyət Nazirliyi Qarabağ müharibəsinə həsr olunmuş «Qarabağ Vətən Müharibəsi» şərti adlı 8 serialı bədii serialın çəkilməsi üçün tenderə yekun vurub.
Eləcə də bax: Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait - XƏRCLƏNƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi Türkiyənin «Bozdağ Film Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi» (VÖEN 1830656886) olub.
Bu şirkətlə 1,7 milyon manatlıq müqavilə bağlanılıb.
Xatırladaq ki, «Bozdağ Film Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi» Türkiyədə məşhur milli serialların, o cümlədən «Kuruluş Osman» serialının çəkilməsi ilə tanınır.