Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması ilə bağlı tenderə yekun vurub.
Eləcə də bax: Dövlət Agentliyi auditor - SEÇİR
FED.az xəbər verir ki, tenderin qalibi Parlaq-N MMC seçilib.
Şirkətlə bağlanan müqavilənin dəyəri 2 milyon 501,6 min manat təşkil edib. Qeyd edək ki, Parlaq-N MMC müqavilə üzrə təmir tikinti işlərini bu ilin sonuna kimi yekunlaşdırmalıdır. (Apa)