Kliniki Tibbi Mərkəz bir-birinin ardınca 5 şirkəti qalib seçib.
FED.az xəbər verir ki, qalib şirkətlər aşağıdakı tenderlər üzrə müəyyən olunub.
13 min 555 manat dəyərindəki tenderin qalibi "Mebel avadanlıqlarının satınalınması" tenderinin qalibi fiziki şəxs Şölət Hacıbaba oğlu Hüseynov, 17 min 741.3 manat dəyərindəki "Tibbi alətlərin təmir xidmətinin satınalınması" tenderin qalibi "Uzay Medikal" MMC, 84 min 000.24 manat dəyərindəki "Mühafizə xidmətinin satınalınması" tenderin qalibi "TİİM" MMC, 133 min 047.36 manat dəyərindəki "Əməliyyat masalarının satınalınması" tenderin qalibi "JBA GROUP" MMC seçilib.
Tenderlərin ümumi dəyəri 248 min 343.9 manatdır.