"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ 2026-cı il üzrə dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair xərclər çərçivəsində dərman vasitələrinin satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi Zeytun Pharmaceuticals”(VÖEN – 1701688171) seçilib.
Qalib şirkətlə 6 489 555 manat məbləğində müqavilə bağlanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 6 856 881 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "ZEYTUN PHARMACEUTİCALS" MMC (VÖEN – 1701688171) bundan əvvəl qurumun tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik sərfiyyat mallarının (LOT 4) satın alınması ilə bağlı keçirdiyi 244 682 manatlıq açıq tenderin də qalibi olub.
Qeyd edək ki, MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 000 manat olan şirkətin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C-də yerləşir.












