Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Elektrik avadanlıqlarının və işiqlandırıcıların satınalınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "İnterkabel” Firması olub. Şirkətlə 1 milyon 002 min 304.08 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Göyçay Rayon İcra Hakimiyyətinin 29 min 535.4 manat məbləğində “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Göyçay şəhərinin bəzədilməsi işlərinin satınalınması” tenderinin qalibi seçilib (07.12.2022).