Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Qanda insan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizənin təkmilləşdirilməsi və İİV infeksiyası ilə mübarizə məqsədilə gigiyenik birdəfəlik qoruyucuların satınalınması” (70 000 paçka) üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. Müsabiqə dekabr ayının 11-də başlayıb. Tələb olunan sənədlər dekabrın 30-dək, təkliflər isə yanvarın 12-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 13-də açılacaq.