İnformasiya Texnologiyaları Və Məlumat İdarəetmə Mərkəzi (VÖEN: 1302005391) "Xidməti avtomobilin alınması" tenderinə yekun vurub.
FED.a xəbər verir ki, tenderin qalibi "İdeal Motors" MMC (VÖEN: 1305797061) olub.
Qalib şirkətə 42 500 manat ödəniləcək
Qeyd edək ki, şirkət bundan əvvəl Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 41 000 manat dəyərindəki “Nəqliyyat vasitələrinin cari təmir işləri” tenderinin qalibi olub.