Azərbaycan İnvenstisiya Holdinqi "Azərbaycan İnvestisiya Holdinqinin balansındakı xidməti avtomobillərin kasko sığortası xidməti" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Bakısığorta" ASC seçilib. Tenderin məbləği 3 min 165 manatdır.
Qeyd edək ki, "Azərbaycan İnvestisiya Holdinqi" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı fərmanla təşkil olunmuşdur. Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs kimi yaradılıb.