Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi mühafizə xidməti ilə bağlı təkliflər sorğusuna yekun vurub.
- Azərbaycanda mühafizə tenderlərini kimlər udur? – YARISI BİR ŞİRKƏTİNDİR - SİYAHI, MƏBLƏĞLƏR
- "Gesco" şirkəti bu qurumun mühafizəsini yarım milyon manata təşkil edəcək
FED.az xəbər verir ki, həmin sorğuda bir sıra təhsil müəssisələrində (74 ədəd) mühafizə xidmətinin satınalınması nəzərdə tutulur.
Qalib şirkət isə “Gesco” ASC (VÖEN: 1300664041) seçilib.
Şirkətlə 4 864 885 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, "Gesco" ASC Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 153 494 "Akademiyada 24 saat mühafizə xidmətinin təşkili işinin satınalınması" tenderinin qalibi olub (03.02.2023).
GESCO, fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilib.