Bakı Dövlət Universiteti "Bakı Dövlət Universitetinin balansında (istifadəsində) olan tədris və inzibati binaların, eləcə də ərazilərin mühafizəsi üzrə xidmətlərin satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "Gesco" ASC (VÖEN: 1300664041) şirkəti olub. Şirkətlə 554600 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, şirkət bundan əvvəl Bakı Dövlət Sosial İqtisad Kollecinin 31 152 manat dəyərindəki “Mühafizə xərcləri” (11.01.2023) tenderinin qalibi olub.
GESCO, fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilib.