Əmlak Məsələləri Dövlət Xidməti "Dövlət Xidmətinin tabeliyindəki respublikanın şəhər və rayonlarında yerləşən mühafizəyə ehtiyacı olan müəssisə və obyektlərdə 2023-cü il ərzində gözətçi və patrul xidməti" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Gesco" ASC olub. Şirkətlə 3 milyon 884 min 482.36 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Bakı Mühəndislik Xidmətinin 312 min 511.01 manat məbləğindəki "2023-cü il üçün mühafizə xidmətlərinin satınalınması" tenderi üzrə müqavilə bağlanılıb (21.12.2022)
GESCO, fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilib.