Bakı Mühəndislik Universiteti " 2023-cü il üçün mühafizə xidmətlərinin satınalınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Gesco" ASC şirkəti olub. Şirkətlə 312 min 511.01 manat məbləğində müqavilə imzlanıb. Mühafizə xidmətinin təşkilinə 1 nəfər mühafizə rəisi, 1 nəfər növbə rəisi, 24 nəfər oğlan mühafizəçi, 1 nəfər qadın mühafizəçi daxildir.
Qeyd edək ki, şirkət bundan əvvəl Beyləqan Peşə Məktəbinin 35 min 256.7 manat dəyərindəki “Beyləqan Peşə Məktəbi Mühafizə Xidmətinin Satınalınması” (03.10.2022) tenderini qazanıb.
GESCO, fiziki mühafizənin təmin edilməsi prinsipini əsas alaraq müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilib.