Bakı Konqres Mərkəzi video müşahidə kameraları ilə bağlı tenderin nəticələrini elan edib.
Dövlət Neft Fondundan "Farah İnnovations"a 2,9 milyon manatlıq sifariş
FED.az xəbər verir ki, tenderin qalibi "Farah İnnovations" MMC (VÖEN: 2900114151) seçilib.
Şirkətlə dəyəri 143 146 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə “Bakı Konqres Mərkəzi” MMC-nin binası və ərazisi üçün video müşahidənin tam təmin edilməsi məqsədi ilə əlavə video müşahidə kameraların və quraşdırılma işlərinin satınalınması nəzərdə tutulur.
"Farah İnnovations" MMC daha öncə Dövlət Neft Fondundan 2 891 222 manat dəyərində "Məlumat emalı infrastrukturu və mövcud “Bloomberg Trader” sistemlərinə aid avadanlıqların satın alınması" tenderini qazanıb (30.12.2022).