Dövlət Neft Fondu "Məlumat emalı infrastrukturu və mövcud “Bloomberg Trader” sistemlərinə aid avadanlıqların satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Farah İnnovations" MMC olub. Şirkətlə 2 milyon 891 min 222 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl "Azərkosmos" agentliyinin "Coğrafi informasiya sistemi əsaslı proqram təminatı lisenziyalarının satın alınması" tenderi üzrə 38 min 023 manatlıq müqavilə imzalanıb.