Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən elan edilən “mebel avadanlıqları və jalüzlərin satın alınması” üzrə tenderin qalibi məlum olub.
10 gündə Maliyyə Nazirliyinin 52 tenderi ləğv edildi – SİYAHI, MƏBLƏĞLƏR, SƏBƏBLƏR
FED.az xəbər verir ki, tenderin qalibi “Embawood” MMC (VÖEN: 6400009481) seçilib.
Qalib şirkətlə imzalanacaq müqavilənin məbləği 104 181 manat təşkil edir. Bu isə tender elan olunarkən müəyyən edilən 357 859,40 manatlıq ehtimal olunan qiymətlə müqayisədə xeyli aşağıdır. Başqa sözlə, layihənin reallaşdırılması üçün nəzərdə tutulan vəsaitin yalnız təxminən 29%-i başqa sözlə desek üçdə biri udulub.
Bu göstərici, dövlət satınalmalarında rəqabətli mühitin olduğunu və bəzi hallarda əhəmiyyətli qənaətlərin əldə olunduğunu göstərir. Lakin digər tərəfdən bu qədər böyük fərq suallar da doğura bilər.