"DOST" Agentliyi qiymətləndirmə və məsləhət xidməti ilə bağlı tenderin nəticələrini elan edib.
FED,az xəbər verir ki, qalib "BİS CO" MMC (VÖEN: 1001721661) olub
Qalib şirkətə 309 120 manat ödəniləcək.
Tenderdə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən keyfiyyətin qiymətləndirilməsi və təlim ehtiyaclarının qarşılanması üzrə xüsusi metodoloji yanaşmanın və tətbiq mexanizmlərinin hazırlanması üçün məsləhət xidmətlərinin satın alınması nəzərdə tutulur.
Qeyd edək ki, "BİS CO" MMC daha öncə Dövlət Məşğulluq Agentliyi ilə 918 040 manat dəyərindəki "BACAR platformasının Peşə hazırlığı modulu üçün kontent materiallarının hazırlanması işlərinin satın alınması" tenderi üzrə müqavilə bağlayıb (02.02.2023).
"BİS CO" MMC 10.09.2009-cu ilə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi Heydər Hüseynov Yusif oğludur.
Hüquqi ünvanı Az1114, Bakı Şəhəri Binəqədi Rayonu, Rəşid Behbudov , ev 1A, m. 13-də yerləşir.