"DOST" Agentliyi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, “DOST” mərkəzləri və Agentliyin təsis etdiyi təsərrüfat cəmiyyətləri üçün əsas vəsaitlərə servis xidmətlərinin satın alınması tenderinin qalibi "Kriptonit İnşaat" QSC olub.
Tenderin dəyəri 320 426 manatdır.
"Kriptonit İnşaat" QSC daha öncə Dövlət Məşğulluq Agentliyinin 54 455 manat məbləğindəki "İnzibati binanın 13-cü və 14-cü mərtəblərinin cari təmiri işlərinin satın alınması" tenderinin qalibi seçilib (09.12.2022).