Dövlət satınalmaları ilə bağlı dövlət satınalmalarının elektron portalı olan “E-tender” portalında yayımlanan məlumata əsasən, “Digital Login” vahid giriş sisteminə giriş zamanı yaranmış çətinliklər səbəbindən bəzi tenderlərin açılış tarixi dəyişdirilib.
Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir
Məlumatda qeyd olunur ki, təkliflərin təqdim olunmasının son vaxtı 3 mart 23:59-ə qədər olan və açılışı satınalan təşkilat tərəfindən həyata keçirilməyən müsabiqələrin açılış vaxtları 6 mart 17.00 olaraq dəyişdirilmişdir.
Dəyişdirilən müsabiqə nömrələri aşağıdakılardır:
105245, 104929, 105045, 105437, 105449, 105484, 105469, 105490, 105439, 105509, 105514, 105432, 105495, 105540, 105549, 105555, 105565, 105622 və 105628.
Tender iştirakçılarının nəzərinə çatdırılır ki, bu müsabiqələrə dair sənədlərin açılışı 6 mart tarixində baş tutacaq. Maraq göstərən tərəflər rəsmi “E-tender” portalını izləyərək yenilənmiş məlumatlarla tanış ola bilərlər.











