Dövlət Vergi Xidməti iri məbləğli tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlərin qalibi "Cybernet" MMC (VÖEN: 9900050571) seçilib.
Şirkətlə 4 115 500 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edəki, tenderdə Yeni AVİS2 informasiya sisteminin 3-cü və 4-cü mərhələləri (Reliz 3, Reliz 4) üzrə (Bəyannamə, Kargüzarlıq, VÖEN, Autentifikasiya) alt sistemlərin dəstəklənməsi, Dövlət Vergi Xidmətinin məlumat bazalarında optimallaşdırma işlərinin görülməsi və texniki dəstəyin təmin edilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.