İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyİ “Yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 4-cü mərhələsi (reliz 4) üzrə yeni platforma bazasında Autentifikasiya, Bəyannamə, Kargüzarlıq altsistemlərində əlavə funksional bölmələrin yaradılması və mövcud altsistemlərdə dəyişikliklərin edilməsi işlərinin görülməsi” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlərin qalibi "Cybernet" MMC seçilib. Şirkətlə 4 milyon 692 min 087.1 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl İpoteka və Kredit Zəmanət Fondunun 177 min manat dəyərindəki “Elektron ipoteka və kredit zəmanət” sistemində yaradılmış yeni fuksionallıqlara texniki dəstək xidmətləri” tenderi üzrə müqavilə bağlanılıb (21.09.2022) .