"Bakı Dövlət Universiteti" Publik Hüquqi Şəxsi tərəfindən universitetin tədris laboratoriyaları üçün xüsusi inventar, iş dəzgahları və mal-materialların satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Tikinti-Təmir-Təchizat-Bərpa" Qapalı Səhmdar Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 1 milyon 32 min 208 manat 7 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 1 milyon 222 min 717 manat 53 qəpik idi.
Qeyd edək ki, "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC bundan əvvəl də dövlət satınalmalarında uğur qazanıb. Şirkət cari ilin may ayında (21.05.2025) Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyinin elan etdiyi "Xidməti istifadə təyinatlı malların satınalınması" üzrə tenderin qalibi seçilib. Həmin müqavilənin dəyəri 206 min 330 manat 8 qəpik təşkil edib.











