"Azərkontrakt" ASC 2021-2022-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün «Baker Tilly Audit Azerbaijan» QSC-ni cəlb edib.
Təmir işləri üzrə böyük tender elan olundu - ŞƏRTLƏR
FED.az xəbər verir ki, «Baker Tilly Audit Azerbaijan» ilə 147,5 min manat məbləğində müvafiq müqavilə bağlanıb.
Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC Azərbaycan prezidentinin 17 dekabr 1996-cı il tarixli fərmanı ilə keçmiş Material Ehtiyatları Nazirliyi və Ticarət Nazirliyinin bazasında yaradılıb.
2021-ci ildən “Azərkontrakt” təbii qazın topdan alqı-satqısı üzrə SOCAR-ın əvvəlki funksiyalarından birini yerinə yetirməyə başladı. 2021-ci ildən başlayaraq qaz hasil edən şirkətlər ilə qazpaylayıcı və enerji istehsalçıları arasında vasitəçi rolunda sözügedən şirkət çıxış edir. (İnterfaks-Azərbaycan)