"Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən elan edilmiş tender ləğv olunub.
Dövlət tenderlərində problemlərlə bağlı -1 400 MÜRACİƏT DAXİL OLUB
FED.az xəbər verir ki, tender Balakən, Şəki və Zaqatalanın inzibati binası üçün videomüşahidə sisteminin alınıb quraşdırılması ilə bağlı idi. Ləğvetmə qərarı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilib. Tender 14 yanvar 2025-ci ildə elan edilmiş, təkliflərin təqdim olunması və zərflərin açılışı isə 7 fevral 2025-ci il saat 16:00-da nəzərdə tutulmuşdu. Layihənin ehtimal olunan dəyəri 48,187.05 AZN idi.
Rəsmi açıqlamaya əsasən, tenderin ləğvi 04.03.2025-ci il tarixli və № AİBNDA/SQ-446/2025 saylı qərara uyğun həyata keçirilib.
Tenderin hansı səbəbdən ləğv edildiyi açıqlanmasa da, nəzarət orqanının qərarı əsas gətirilərək proses dayandırılıb.