"İxracın və İnvestisiyalarin Təşviqi Agentliyi-Azpromo" PHŞ təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək “World Food Moscow 2023" sərgisində stendin hazırlanması, quraşdırılması və dizaynı xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1604536911
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 44
Müsabiqənin başlama tarixi və vaxtı: 11.09.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 25.09.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 26.09.2023 10:00
Hesab nömrəsi: AZ10IBAZ38090029446270481209
Bankın adı: “ABB” ASC-nin Səbail filialı
Bankın kodu: 805056
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Bankın VÖEN-i: 1604536911
Swift kodu: IBAZAZ2X
Ödəniş şərtləri - İcraçı tərəfindən göstərilən xidmətlərdə nöqsanlar (uyğunsuzluq) olmadığı halda təhvil-təslim aktı imzalandıqdan sonra müqavilənin ümümi dəyəri çərçivəsində podratçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə ödəniş aparılacaqdır.
Çatdırılma yeri - Rusiya Federasiyasının Moskva şəhəri Crocus Expo Beynəlxalq Sərgi Mərkəzi
Çatdırılma müddəti - 10 təqvim günü ərzində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
İxtisas göstəriciləri:
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İddiaçının son 3 (üç) illik anoloji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Fərid Mahmudov, Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: +994502646494
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.